turklehceleri.org

nəşə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

nəşə

is. [ər.] Kef, sevinc, ləzzət, zövq. Mey nəşəsini zövq bilər, cam nə bilsin. M.Ə.Sabir. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna ha-kim oldu. Çəmənzəminli. Bir tərəfdən isti çayın nəşəsi və o biri tərəfdən yeni adaxlını aldatmaqdan ötrü qurmuş olduqları kələk [Mahmudla yoldaşını] şad edirdi. B.Talıblı. // Yüngülcə keflənmə. Şərabın nəşəsi. • Nəşə vermək – ləzzət vermək, kef vermək. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Ə.Haqverdiyev. Burada yeni açılan həkim məntəqəsi, onun burada ağ xalat geyib müstəqil çalışması [Sevilə] xüsusi zövq və tükənməz nəşə verirdi. S.Rəhimov. ‣ Nəşəsi durulmaq (gəlmək) – kefi açılmaq, şadlanmaq, sevinmək. Muzdurun .. danışıqları, Pərinin gülüşləri yavaş-yavaş Qumrunun nəşəsini duruldurdu. Ə.Əbülhəsən. Nəşəsi qaçmaq – əhvalı birdən pozulmaq, pərt olmaq, məyus olmaq. Məşədi Əhmədin nəşəsi qaçdı. S.Hüseyn. Nəşəsini pozmaq (dağıtmaq) – pərt etmək, məyus etmək, kefini, əhvalını pozmaq. [Qızıl it] alaçıqdan çıxıb bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. [Hidayət:] Ana, sən mənim canım, nənənin nəşəsini pozma! B.Bayramov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

nəş’ə

sevinc, şadlıq, kef, fərəh
{sevinç, mutluluk, keyif, rahat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

nəşə

neşe


Son arananlar: