turklehceleri.org

təşviş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təşviş

is. [ər.]
1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan. [Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa, .. bir sevgilim var. M.F.Axundzadə. Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli. • Təşviş etmək (keçirmək), təşvişə düşmək – narahat olmaq, təlaşa düşmək, həyəcanlanmaq. [Almaz:] Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən. C.Cabbarlı. Mənzil alanların bu qədər təşviş keçirmələrinin əsas iki səbəbi vardı.. B.Bayramov. Təşvişə salmaq – narahat etmək, təlaşa salmaq, həyəcanlandırmaq. Getmişdi on günə, çıxdı on beşə; Neçin saldı məni belə təşvişə? Ə.Cavad.
2. Təşvişlə şəklində zərf – narahatlıqla, həyəcanla, təlaşla. Yoxsullar soyuq və sərt Bakı qışını təşvişlə qarşılayırdılar. A.Şaiq. Seymur əlini [Teymurun] sağ əlinə toxundurub təşvişlə soruşdu.. H.Seyidbəyli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

təşviş

həyəcan, iztirab, təlaş, vəlvələ, çaxnaşma
{heyecan, ıstırap, telaş, velvele, şaşkınlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

təşviş

kuşku


Son arananlar: