nəkarə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nəkarə
dan. “Kimdir?”, “Nəçidir?”, “Nə cürətin sahibidir?”, “Ağzı nədir?” mənalarında sual əvəzliyi məqamında işlənir. O nəkarədir bu sözü desin? – [Heydər bəy:] Özü sövdəgər, tacir kişidir, ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? M.F.Axundzadə. [Nurcahan:] ..Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin. N.Vəzirov. [Bir ayrısı:] Xan, başına dönüm, mən nəkarəyəm ki, sənnən güləşəm? Çəmənzəminli.