nəhs
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nəhs
[ər.]
1. sif. Uğursuz, məşum, ağır, tərs gətirən. Nəhs ay. Nəhs ayaq. – Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızısaqqal rəfiqim məni bu yerdə dayandırdı. C.Məmmədquluzadə. [Vaqif Əliməmmədə:] Novruz səhəri güldanım düşüb sındı. Bu, nəhs bir şey deyilmi? Çəmənzəminli. Ataş Mürsəli kəndə göndərmək fikrinə düşən günlərdə Qarabağın nəhs ilinin uğursuz ayı idi. Ə.Vəliyev. • Nəhs demək (gətirmək) – bəd danışmaq, ağzını bədə açmaq. Aşıq sözün nəhs dedi; Gəl dilimi kəs, dedi; Mən dedim, bir busə ver; O məndən can istədi. (Bayatı). [Paşa:] Sən niyə nəhs gətirdin, arvad? S.Rəhimov.
2. is. Tərs, gəc, inad. Nəhs adam.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nəhs
uğursuz
{uğursuz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nəhs
talihsiz