nizamnamə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nizamnamə
is. [ər. nizam və fars. namə] Hər hansı bir şeyin icrası və tətbiqi üçün müəyyən üsul və qaydalar; qanun, qərar, əmrnamə. Nizamnamə üzrə hərəkət etmək. // Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusu; əsasnamə. Partiya nizamnaməsi. – [Nəriman Nərimanov:] Azərbaycan dram cəmiyyətinin yaradılması haqqında məsələ qaldırılır, lakin çar hökuməti nizamnaməni təsdiq etməyə razılıq vermir. Ə.Haqverdiyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nizamnamə
tüzük