turklehceleri.org

nizami

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

nizami

sif. [ər.]
1. Düzgün, tərtibli, mütəşəkkil, müntəzəm.
2. Ardıcıl hərbi hazırlıq keçmiş. Bir dəfə bizə əmr etdilər ki, orduda aşpaz olanlar bir tərəfə, nizami soldatlar isə başqa tərəfə keçsin. S.Vəliyev. • Nizami qoşun – ardıcıl hərbi hazırlıq görmüş və möhkəm hərbi təşkilatı olan daimi qoşun. Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. M.İbrahimov.
3. Hərbi, əsgəri, rəsmi. Nizami geyim. – Onun ayağındakı uzun-boğaz çəkmələr, əynindəki nizami pencək .. varlığının ayrılmaz bir parçası idi. M.İbrahimov.


Son arananlar: