yastıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yastıq
is.
1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. Pərqu yastıq. Üz yastığı. – [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yastıqları gətir, bu tərəfdən qoy. C.Məmmədquluzadə. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa.. Ə.Haqverdiyev. Ev yiyəsinin arvadı yastıq qoydu. Ancaq Cavadın yatmağa vaxtı yox idi. Ə.Vəliyev. • Ölüm yastığı – ölümü gözlənilən xəstənin yatağı, ölüm yatağı. Ölüm yastığında ümidə bir bax; Elə bil dünyanı tək qurtaracaq. S.Vurğun.
2. Minikdə, mebeldə, yəhərdə yumşaq oturacaq.
3. tex. Maşınların hərlənən və silkələnən hissələri üçün dayaqlıq. // Müxtəlif mexanizmlərdə: təkanın, zərbənin qüvvəsini azaltmaq üçün onların müxtəlif hissələri altına qoyulan hər cür elastik şey. Top yastığı. // Arabanın qolu ilə oxu arasına qoyulan ağac. Araba yastığı. // Qoşqu heyvanının boynunu sürtməmək üçün boyunduruğun iç tərəfinə bənd edilən yastığa oxşar şey. ‣ Başının altına yastıq qoymaq – yalandan söz vermək, vəd etmək, arxayın etmək. Ayın on birində Sultan da .. qoşunun başının altına yastıq qoymaq qəsdi ilə guya ki qanuniəsasi elanını eləyib. C.Məmmədquluzadə. Yastığın yüngül olsun! – xəstəyə şəfa diləyi. [Adamlar:] Hacı, yastığın yüngül olsun!.. Qantəmir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yastıq
balış
{kuş tüyü yastık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yastıq
minder