turklehceleri.org

niyyət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

niyyət

is. [ər.]
1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. – Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə bildirmişdi. M.F.Axundzadə. • Niyyət etmək (eləmək, qoymaq) – bir iş görmək arzusunda, məramında olmaq. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı. [Fərəc:] Yox, niyyət eləmək azdır, Fizzə xanım, gərək ümumi iş uğrunda mübarizə edəsən! Ə.Məmmədxanlı. Niyyətdən düşmək – bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toyxərci hazır edim. M.F.Axundzadə. Niyyəti yerinə gəlmək (baş tutmaq) – arzusuna çatmaq, məramına, məqsədinə yetmək. Tale atanın xətrini sındırmadı, Kərimbəyin niyyəti yerinə gəldi. Mir Cəlal. ...niyyətinə düşmək – bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək. [Xəlil] o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü. Çəmənzəminli.
2. Niyyətlə şəklində zərf – ...məqsədlə, ...arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir). Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı). Lotular bu niyyətlə evdən çıxıb padşahın imarətinə tərəf gəlməkdə oldular. “Aşıq Qərib”. [Mozalanbəy:] Mən Qafqazı səyahət edirəm və bu niyyətlə Gəncəyə gəlmişəm. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

niyyət

məqsəd, qayə, məram, murad, arzu
{maksat, gaye, meram, dilek, arzu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

niyyət

amaç, niyet


Son arananlar: