niqab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
niqab
is. [ər.]
1. Duvaq, üz örtüsü. Niqab çəkib məndən yaşınma, zalım; Pərişan olubdur mənim əhvalım. M.P.Vaqif. ..Bu halda üçüncü qapıdan çıxmış padşahın qızı üzünün niqabını atır. Ə.Haqverdiyev.
2. Keçmişdə döyüşçülərin, cəngavərlərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi.