nazənin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nazənin
sif. [fars.] şair. Nazlı, işvəkar, cilvəli; incə və gözəl. Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. H.Cavid. [Gəray:] Günəş öz aləmində seyr edəli; Görməmiş böylə nazənin gözəli. A.Şaiq. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. // İs. mənasında. Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani. Bu gün, bayram günü səhni-çəməndə; Gördüm nazəninlər xürrəm oturmuş. Q.Zakir. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandır. R.Rza. // Gözəl, lətif, məlahətli. // Naz və nemət içərisində böyümüş, naz və nemətə alışmış.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nazənin
nazlı, şivəli
{nazlı, işveli}