məzlum
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məzlum
sif. və is. [ər.]
1. Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan (zalım əksi). Məzlum xalq. Məzlum adam. – Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi?! M.Ə.Sabir. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq.
2. Fağır, yazıq, zavallı, dilsiz-ağızsız. Məzlum uşaq. – Onu qaçırsa Səfər ilə Ballı qaçıracaq, yoxsa Allahın məzlumudur. A.Şaiq. ..[Qədir] təcrübəsiz, aciz, məzlum bir insan idi. Mir Cəlal. məzlum-məzlum zərf Yazıq-yazıq, fağırfağır, zavallı-zavallı, məzlumcasına. Göyçək gözləri ilə Məmmədin üzünə məzlum-məzlum baxırdı. E.Sultanov. [Səlim] pərtliyi aradan qaldırmaq üçün məzlum-məzlum gülümsündü. B.Bayramov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məzlum
I. aciz, həqir, bədbəxt, zəlil, yazıq, itaətli, məhkum, fağır, sadə
{aciz, hakir, bedbaht, zelil, güçsüz, itaatli, mahkûm, fakir, gösterişsiz}
II. həlim, mülayim, yumşaq
{sakin, mülayim, yumuşak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məzlum
çilekeş, mazlum