turklehceleri.org

məxfi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məxfi

sif. və zərf [ər.]
1. Gizli, gizlicə, xəlvəti. Məxfi demək. – [Dostum] məxfi şeylər danışırmış kimi qulağıma əyildi. Mir Cəlal. [Qədir] nə qədər məxfi söz danışır danışsın, üç ağaclıqdan eşidilirdi. İ.Əfəndiyev. • Məxfi qalmaq – gizli saxlanmaq, başqası bilməmək, gizli qalmaq, aşkar edilməmək. Bəli, bu iş gərək məxfi qala. C.Məmmədquluzadə. [Əmir Aslan ağa:] O da məxfi qalmasın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır. S.S.Axundov. Məxfi saxlamaq (tutmaq) – gizli saxlamaq, başqasına deməmək, başqalarından gizlətmək. [Şeyx Sənan:] Təbii, səndə var bir xeyli əsrar; Neçin məxfi tutar, qılmazsan izhar? H.Cavid.
2. Geniş surətdə yayılmasına icazə verilməyən, gizli qalmalı olan, gizli saxlanılan. Bu əski qəza [idarəsinin] məxfi arxivindən çıxarılmış bir iş idi. H.Nəzərli. Kosa, Sübhanverdizadənin söylədiyindən, bu kassanın məxfi kağızlar üçün olduğunu yaxşıca bilirdi. S.Rəhimov.
3. Məxfidir şəklində rəs. – gizli, məxfi saxlanılmalı olan sənəd, məktub və s.-nin üzərində yazılan qeyd.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

məxfi

gizli, xəlvəti, pünhan
{gizli, saklı, pinhan}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

məxfi

mahfi, örtülü, saklı


Son arananlar: