məsum
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məsum
sif. [ər.] Günahsız; heç bir günahı, qəbahəti olmayan. // “Yazıq, zavallı” mənasında. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn. Bu kiçik məsum heyvanları dəlicəsinə sevərdim. A.Şaiq. məsum-məsum zərf bax. məsumcasına. Gövhər də məsum-məsum [Qəhrəmanın] üzünə tamaşa edirdi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mə’sum
ismətli, namuslu, təmiz, bakirə, günahsız
{edepli, namuslu, temiz, bakire, günahsız}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məsum
masum