məsləhətləşmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məsləhətləşmək
f.
1. Necə hərəkət etmək, bir şeyi necə görmək haqqında biri ilə məsləhət etmək, onun rəyini soruşmaq, məsləhət almaq üçün müraciət etmək. Atası ilə məsləhətləşmək. – [Mehriban] istəyirdi ki, Zeynal barəsində onunla danışıb məsləhətləşsin. S.Hüseyn. [Qarı:] Mən gözləyirəm, get məsləhətləş, iki ağıl bir ağıldan üstün olar. S.Rəhman.
2. qarş. Bir yerdə fikir mübadiləsi aparmaq, məşvərət etmək. Bir müddət keçdi, doktorlar yığışıb məsləhətləşdilər. S.Rəhimov. Serjant cəld çıxıb camaatla məsləhətləşdi və iki nəfərlə içəri girdi. H.Seyidbəyli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məsləhətləşmək
soruşmaq, gənəşmək
{sormak, fikir almak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məsləhətləşmək
danışmak