məskən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məskən
is. [ər.]
1. İnsanın yaşadığı yer, yurd; ev və s. [Şamama cadu:] Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Ə.Haqverdiyev. Bir aydır ki, sevgilisinin məskəni olan kəndin qarşısında durur. H.Nəzərli. • Məskən salmaq – bir yerdə yaşamağa başlamaq, yurd, yurd-yuva salmaq. Şəhərdə məskən salmaq. – [Yolçu:] Orada məskən salmaq fikrindəyəm. Ə.Məmmədxanlı. Heyvanlar özlərinə buralarda məskən salmağa başlamışdılar. M.Rzaquluzadə.
2. Bir şeyin olduğu, yerləşdiyi yer. Gərdəndə tellər nə gözəl teldi; Onların məskəni o nazik beldi. M.P.Vaqif. Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq. • Məskən etmək (eləmək) – yerləşmək, özünə yurd etmək, yer tutmaq. Zülfündə məskən eylədi cani Nəsiminin; Canın həmişə məskəni ol aşiyanədir. Nəsimi. Can quşu zülfündə məskən eyləmiş; Onunçün qorxuram mən şanələrdən.. Q.Zakir. Məskən tutmaq – bax. məskən etmək. Ta ayağın tozu tək qapında məskən tutmuşam; Bu səadətdən mənim, baxdım ki, bəxtim tac alır. Xətayi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
məskən
yurd, ev, mənzil
{yurt, ev, menzil}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məskən
konut, mesken