mərd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mərd
is. [fars.]
1. Kişi. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm neçin olmuş sana qalib əsəbiyyət. H.Cavid. Üç nəfər mərd sahibi-iyman; Üçü bir yerdə etdilər peyman. Ə.Qəmküsar.
2. məc. Sözündə, əhdində möhkəm olan adam; vəfalı, etibarlı; alicənab. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”. // Sif. mənasında. [Uluq bəy:] Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq.
3. İgid, qəhrəman, cəsur, qorxmaz adam. Bir badə zəhəri o mərd içərək; Dedi: – Azadlıq çal! – bir kamandara. S.Vurğun. // Sif. mənasında. Bu insan selinin qarşısında tək; Dayandı Qafqazın mərd oğulları. S.Vurğun. Yüksəlsin qoy səsi mərd insanların; Azadlıq hər yerdə qələbə çalsın! N.Rəfibəyli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mərd
I. cəsaretli, igid, qoçaq, comərd, cəsur
{cesaretli, yiğit, koçak, cömert, cesur}
II. ləyaqətli, alicənab, əliaçıq
{lâyık, cömert, eli açık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mərd
er, mert