mənəvi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mənəvi
sif. [ər.] İnsanın daxili, ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani, qeyri-maddi. İnsanın mənəvi aləmi. Mənəvi tələbat. Mənəvi məsuliyyət. Mənəvi əzab. – Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn. Mənəvi bir qüvvə sanki [Rubabənin] çiyinlərindən tutub, vücudunu ağac kimi bərk silkələdi. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mə’nəvi
I. ruhi, daxili
{ruhi, dâhili}
II. əxlaqi
{ahlaki}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mənəvi
manevi