turklehceleri.org

məhbəs

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məhbəs

is. [ər.] Həbsxana. Məhbəsə salmaq. – [Aydəmir:] ..Mənim üçün ən qaranlıq bir məhbəsin yaşıl, azad bir çəməndən fərqi yoxdur.. C.Cabbarlı. Diqqətlə saxlanılır Əjdər məhbəsdə; Sağalmış yarası, deyildir xəstə. H.K.Sanılı. // Məc. mənada. [Cariyə:] Sənsiz bütün cahan məhbəsdir ona. H.Cavid. Get-gedə ev Şahmar üçün bir məhbəsə dönür, min bir rəngli gül-çiçək onun üçün bir heçə çevrilirdi. B.Bayramov.


Son arananlar: