müvəffəqiyyət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müvəffəqiyyət
[ər.]
1. is. Bir şeyi əldə etmə, istəyinə, məqsədinə nail olma, işdə əldə edilən yaxşı nəticə; uğur, nailiyyət. Müvəffəqiyyət qazanmaq. Müvəffəqiyyət əldə etmək. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq.
2. Müvəffəqiyyətlə şəklində zərf – öhdəsindən gələrək, qarşıya qoyulan məqsədə nail olaraq, qələbə ilə, yaxşı nəticə ilə. İşləri müvəffəqiyyətlə başa çatdırmaq. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. İclasın müvəffəqiyyətlə keçməsinə, kəndlilər arasında canlanmaya baxmayaraq, Malik narahat idi. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müvəffəqiyyət
nailiyyət, qalibiyyət, uğur
{başarı, galibiyet, şans}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müvəffəqiyyət
başarı, muvaffakiyet