müttəsil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müttəsil
[ər.]
1. sif. Arasıkəsilməyən, biri-birinin dalınca davam edən; bitişik, bağlanmış.
2. zərf Arası kəsilmədən, ara vermədən davam edən. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ə.Haqverdiyev. Nəriman babasının müttəsil yağdırdığı və bir-birindən vacib sualların bilmirdi hansına cavab versin. Mir Cəlal.
3. zərf Həmişə, hər vaxt, daim, ara-bərəsiz. Ey Füzuli, müttəsil dövran müxalifdir mana. Füzuli. [Taybuynuz öküz] .. müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. F.Köçərli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müttəsil
daimi, həmişə, durmadan, fasiləsiz, aramsız, dalbadal
{daimi, sürekli, durmadan, fasılasız, daima, aralıksız}