turklehceleri.org

mülahizə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mülahizə

is. [ər.] Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. C.Cabbarlı. • Mülahizə etmək (eləmək) köhn. – nəzərə almaq, nəzərinə çarpmaq, düşünmək. [Aslan:] Hər kəs də gərək böylə şeyləri mülahizə eləsin və qansın. İ.Musabəyov. // Görmək, müşahidə etmək, duymaq. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov. // Adətən cəm şəklində. Fikirdə tutulan planlar, təxminlər, hesablamalar. Taktiki mülahizələrə görə. Pedaqoji mülahizələr.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mülahizə

I. qərar, sərəncam, ixtiyar
{karar, yargı, sonuç}

II. fikirləşmə, düşünmə, baxış, nəzər
{tasarlama, düşünme, bakış, nazar}

III. qeyd, rə’y
{yazı, söz}

IV. düşüncə, fərasət, fəhm
{düşünce, akıl, görüş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mülahizə

oy, yargı


Son arananlar: