mühasirə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mühasirə
is. [ər.] Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələmə. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq. • Mühasirə etmək – hər tərəfdən əhatə etmək, dövrələmək, araya alıb başqaları ilə əlaqəsini kəsmək. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. M.S.Ordubadi. Düşmənlər duyuq düşüb aldılar üstümüzü; Etdilər mühasirə dörd yandan kəndimizi. S.Rüstəm. Mühasirəyə almaq – bax. mühasirə etmək. Düşmən qoşununu mühasirəyə almaq. – [Tərlan:] Bilmirəm haradasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. H.Seyidbəyli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mühasirə
abluka, kuşatma