müdrik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müdrik
sif. [ər.]
1. Dərin dərrakəli, çox ağıllı, çox dərin düşünən; aqil, dünyagörmüş; anlayan, dərk edən, kamala yetmiş, yetişmiş. Müdrik adam. Müdrik filosof. – [Məryəm:] Diribaş, müdrik, həmişə şad qız indi qeyritəbii bir halda ciddiləşmişdi, vaxtsız qocalmışdı. Çəmənzəminli.
2. Dərinmənalı, hikmətli, dərinfikirli, ağıllı. Müdrik məsəllər. Müdrik söz. – Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hikmətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müdrik
bilge