müddət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müddət
is. [ər.]
1. Bir işin, hadisənin başlanması ilə qurtarması arasındakı, yaxud bir şey üçün müəyyən edilmiş vaxt, zaman. Təhsil müddəti. – [Qadın:] Molla, məni günaha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. Çəmənzəminli. [Rəhim:] Parovozun adi təmirinə 96 saat tələb olunduğu halda, biz təmir müddətini 24 saata endirdik. Ə.Sadıq. // Ümumiyyətlə, vaxt, zaman. • (Bir) az müddət – az zaman, az vaxt. Az müddət içərisində dil öyrəndi. – [Dərviş] .. bərk köksünü ötürüb bir az müddətdən sonra məndən sordu. A.Divanbəyoğlu. [Göyərçin:] Böyük bir saray az müddətdə tikilib başa gələ bilər. Z.Xəlil. Bir müddət – bir neçə vaxt, bir zaman, bir qədər. Bir müddət gözləmək. – Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”. Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. H.Seyidbəyli. (Bir) neçə müddət – bax. bir müddət. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra bunların övladı olur. C.Məmmədquluzadə. Beləliklə, İskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Ə.Haqverdiyev. Bu müddət(də) – bu dövr(də), bu vaxt(da).
2. Mövsüm. Ov müddəti. Əkin müddəti.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müddət
vaxt, zaman
{vakit, zaman}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müddət
dönem, müddet, süre