müdara
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müdara
is. [fars.] köhn. Kin və ədavətini gizlədib zahirdə dostluq göstərmə; üzə gülmə, yollaşma. İş islah və müdaradan keçdi. M.F.Axundzadə. • Müdara etmək – istəmədiyi adamla birtəhər keçinmək, ürəyində olan kin və küdurəti gizlədib üzdə dostluq göstərmək, yola vermək. Yaşırıb saxlardım eldən daği-hicranın, əgər; Etmək olsaydı müdara dideyi-giryan ilə. Füzuli. Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir; Müdara etmək olsaydı əgər müddət fəraq ilə. Q.Zakir. Müdara ilə – 1) xoşluqla, zahirən dostluq göstərərək. [Molla Xəlil] işi sülhlə, müdara ilə həll etmək istəmişdi. S.Hüseyn; 2) qənaətlə, birtəhər. Müdara ilə dolanmaq.