turklehceleri.org

mübaliğə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mübaliğə

is. [ər.]
1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır”. Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn. Mübaliğə başqa, yalan başqadır. Qantəmir. Demək, Qaraxanın sözündə heç də mübaliğə yoxmuş. İ.Hüseynov. • Mübaliğə etmək – şişirtmək, artırmaq, böyütmək (sözü, işi və s.-ni). Şübhəsiz, Kəyan mübaliğə edirdi. O, Qulam qədər qorxmurdu. Ə.Əbülhəsən.
2. ədəb. Təsvir edilən hadisənin, şeyin, vəziyyətin təsirini artırmaq üçün onları qəsdən şişirtməkdən ibarət ədəbi üsul. ‣ Mübaliğə olmasın... – “həqiqətən belədir”, “düzü budur”, “həqiqi sözümdür” və s. mənalarda işlədilən ifadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mübaliğə

böyütmə, şişirtmə, artırma
{büyütme, şişirtme, artırma}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mübaliğə

mübalağa


Son arananlar: