mübahisə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mübahisə
is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. – İki qardaş arasındakı mübahisə getdikcə qızışıb axırda bir dava şəklini aldı. A.Şaiq. Uzun mübahisədən sonra Şahmar bir tikə çörək kəsib .. dirriyə enmişdi. B.Bayramov. • Mübahisə açmaq – 1) bir iş, məsələ, söz üstə deyişməyə başlamaq, bəhsə girişmək. [Qətibə:] O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. M.S.Ordubadi; 2) elmi, yaxud başqa bir məsələni öyrənmək üçün müzakirə etmək. [Əsgər:] Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. M.S.Ordubadi. Mübahisə düşmək – bir şey, məsələ və ya iş haqqında müxtəlif rəydə olanlar arasında sözləşmək, bəhs başlamaq. Onların düşdü çün mübahisəsi; Ki, nədəndir zəmanə hadisəsi! S.Ə.Şirvani. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Mübahisə etmək (eləmək) – bir şeyi, məsələni sübut etməyə çalışaraq etiraz etmək, bəhs etmək, höcətləşmək, deyişmək, sözə gəlmək. Bir nəfər .. bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. Mübahisəyə girişmək – bax. mübahisə açmaq. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mübahisə
I. disput, müzakirə, bəhs, höcət, deyişmə
{konu, müzakere, bahis, iddia, söyleşi}
II. çəkişmə, toqquşma, ixtilaf, münaqişə
{çekişme, tartışma, ihtilaf, münakaşa}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mübahisə
kavga, münakaşa, tartışma