möhkəmlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
möhkəmlik
is.
1. Möhkəm şeyin halı; bərklik, davamlılıq. Materialın möhkəmliyi.
2. Möhkəm olma; dözümlülük, səbatlılıq, mətinlik, iradəlilik. Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur. M.Hüseyn.
3. Yenilməzlik, alınmazlıq, sarsılmazlıq. Qalanın möhkəmliyi. Arxanın möhkəmliyi.
4. Sağlamlıq, qüvvətlilik, davamlılıq. Bədənin möhkəmliyi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
möhkəmlik
I. bərklik, dözümlülük, davamlılıq, sabitlik, dayanaqlıq, yenilməzlik
{berklik, metanetlilik, devamlılık, sabitlik, dayanıklılık, yenilmezlik}
II. sağlamlıq, qıvraqlıq
{sağlamlık, kıvraklık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
möhkəmlik
güçlülük, muhkemlik, sağlamlık