turklehceleri.org

musiqi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

musiqi

is. [ər. əsli yunancadan]
1. İnsanın təəssüratını, hiss və ideyalarını ritm və intonasiya cəhətdən mütəşəkkil səslərlə ifadə edən sənət. Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi. – Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. // Bu sənətə aid əsər və ya əsərlər. Ü.Hacıbəyovun musiqisi. M.Maqomayevin musiqisi.
2. Həmin sənətin, vokaldan fərqli olan instrumental (çalğı alətləri ilə ifa edilən) növü. Cəfər Cabbarlının “Sevil” əsərinə yazılmış musiqi. – Pərdədən qabaq musiqi çalınır. Ü.Hacıbəyov. Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. M.S.Ordubadi.
3. Musiqi əsərlərinin ifası; çalğı. Musiqiyə qulaq asmaq. Musiqidən zövq almaq. Musiqi səsi. – Başla musiqiylə bizim bayramı; Əlində yaylığı oynasın hamı. S.Vurğun. Birdən şirin bir musiqi axıb gəldi. İ.Əfəndiyev.
4. məc. Musiqini xatırladan, qulağa xoş gələn, ahəngdar, melodik səs. [Qızın] səsi həzin bir musiqi qədər xoş idi. S.Hüseyn.
5. Musiqiyə aid olan, musiqi ilə bağlı olan. Musiqi məktəbi. Musiqi gecəsi. Musiqi alətləri. – Şənləndirir hər kəsi; Bir musiqi məclisi. A.Şaiq. [Rəhim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

musiqi

beste, musiki, müzik


Son arananlar: