turklehceleri.org

mirzə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mirzə

is. [fars. “əmirzadə”nin ixtisarı]
1. tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə.
2. köhn. Savadlı adam. Mirzələr qəzet yazıb; Aşıqlar dastan eləyib. Aşıq Ələsgər. // Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir. [Mir Hadi:] Mirzə, yəqin ki, cənablarınızın elmi-təvarixdən xəbəri var. Qantəmir. [Hüseyn:] Xeyr, mirzə, tanımıram, mən heç bu cür adam görməmişəm. S.Rəhman. // Savadlı, elmli, bilikli, hörmətli şəxslərin adlarına əlavə edilir. Mirzə Fətəli Axundzadə. – [Səhhət:] Mirzə Cəlil damcıdan; Axı ümman yaratdı. B.Vahabzadə.
3. Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib. [Nisə xanım:] Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. M.F.Axundzadə. [Toğrul:] Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi. M.S.Ordubadi.


Son arananlar: