turklehceleri.org

minnətdar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

minnətdar

sif. [ər. minnət və fars. ...dar]
1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. ..[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə .. dedi. Ə.Əbülhəsən. [Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar.. Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!.. Ə.Məmmədxanlı. // Minnətdarlıq ifadə edən. O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Çəmənzəminli. • Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək. [Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi. [İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil.
2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik). Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm. Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

minnətdar

razı
{razı}


Son arananlar: