ləğv
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ləğv
I. is. [ər.] Yox etmə (edilmə), aradan qaldırma (qaldırılma). Nöqsanların, kəsirlərin ləğvi. • Ləğv edilmək (olunmaq) – 1) aradan qaldırılmaq, yox edilmək; 2) fəaliyyəti (qüvvəsi) dayandırılmaq, tövsiyə edilmək. İdarə ləğv olunmuşdur. Qərar ləğv edilmişdir. – [Çar ordusu] komandanlığının Qarabağ xanlığını ləğv edə biləcəyi ehtimalı [İbrahim xana] rahatlıq vermirdi. Çəmənzəminli. Ləğv etmək – aradan qaldırmaq, yox etmək; fəaliyyətini dayandırmaq, tövsiyə etmək. M.Ə.Sabir. Onlar “silahları ləğv edək!” – deyir; Onlar silahlanır gizlində ancaq. B.Vahabzadə. Ləğv olmaq – aradan qalxmaq, yox olmaq. Sünniyü şiə təəssübləri ləğv oldumu ya? Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar. M.Ə.Sabir.
II. is. [ər.] köhn.
1. Boş, bihudə, əbəs söz; cəfəngiyat.
2. Naqqal, boşboğaz, gəvəzə. • Ləğv olmaq – boşboğazlıq etmək, hərzə danışmaq, naqqallıq etmək. Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ləğv
fesih, iptal