lətifə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
lətifə
I. is. [ər.] folk. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot. Molla Nəsrəddinin lətifələri. – [Dərviş Nakam] birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib bir neçə lətifə söylərdi. Ə.Haqverdiyev. Vaqif .. Kazıma baxır, ondan yeni bir lətifə eşitmək istəyirdi. Çəmənzəminli. [Bəhlul:] Əjdər bizim bölməyə gəlib ucadan .. lətifə söyləyirdi. B.Bayramov. // Ümumiyyətlə, zarafat, güldürücü qəribə söz, hekayə.
II. sif. və is. [ər.] klas. Gözəl, incə, qəşəng (qız və ya qadın). Əndamı lətifeyiilahi; Dəryayi-lətafət içrə mahi. Füzuli. [Hacı Qənbər:] Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam, mənə axmaq deyərlər. N.Vəzirov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
lətifə
fıkra