lərzə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
lərzə
is. [fars.] Titrəmə, titrəyiş, əsmə. • Lərzə etmək (eyləmək) – titrəmək, əsmək. Lərzə salmaq – dəhşətə gətirmək, vəlvələ salmaq, sarsıtmaq. Bərk dava oldu. Güllənin səsi dağlara lərzə salmışdı. “Qaçaq Nəbi”. Lərzəyə düşmək (gəlmək) – əsmək, titrəmək, hərəkətə gəlmək, sarsımaq. At Koroğlunu görcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə gəldi. “Koroğlu”. Nə qayım durubdur ol sərvqamət; Tərpənəydi, bir lərzəyə gələydi. M.P.Vaqif. Lərzəyə gətirmək (salmaq) – titrətmək, sarsıtmaq. [Ağasəfər] yerləri lərzəyə gətirən gurultu içində Həmzənin pıçıltısını eşitmək üçün iri başını onun tərəfə əyməyə çalışdı. Ə.Əbülhəsən. ‣ Bədəninə (vücuduna, ürəyinə, canına) lərzə düşmək – qorxudan əsməyə başlamaq, bərk qorxuya, vahiməyə düşmək. Haşım bu gurultunu eşitdikdə bədəninə lərzə düşdü. B.Talıblı. Yasavulbaşı bu köhnə casusu (topalı) görən kimi canına lərzə düşdü. M.Rzaquluzadə. Ürəyinə (vücuduna, canına) lərzə salmaq – bərk qorxutmaq, dəhşətə gətirmək, qorxuya salmaq. Bir də ki, mən igid ona deyirəm ki, əsil çətin vaxtda tüfəngi üzünə qaldırmaq ilə qabağındakı düşmənin canına lərzə salsın. M.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
lərzə
sarsılma