ləpədöyən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ləpədöyən
is. Daim ləpələr çarpan sahil xətti. Özün də otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək. C.Cabbarlı. Bu təpə xeyli mail bir enişlə düz suyun kənarına qədər uzanır, ləpədöyən deyilən əsil sahillə birləşirdi. M.Rzaquluzadə. Sükançı göstərin indi siz mənə; Gəlsin, dalğaları o, yara bilsin; Verib sinəsini ləpədöyənə; Gəmini irəli apara bilsin. B.Vahabzadə.