turklehceleri.org

durğuzmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

durğuzmaq

f.
1. Ayağa qaldırmaq, yerindən qaldırmaq. // Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq. – Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. C.Cabbarlı.
2. Yuxudan oyatmaq. Uşaqları erkən durğuzdular. – Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. [Qulu dedi:] ..Gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib .. [oğrunu] tüfəngləsin. S.S.Axundov. [Pristav dedi:] Durğuzun bu kafir oğlunu! Ə.Haqverdiyev. ‣ Üzünə durğuzmaq – əleyhinə qaldırmaq. [Şah:] Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Ə.Haqverdiyev.


Son arananlar: