ləpə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ləpə
I. is.
1. Dalğa, kiçik dalğa. Qara dənizin xəfif ləpələri sahili öpür(dü).. H.Nəzərli.
2. məc. İzdiham, insan axını, kütlə mənasında. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Mir Cəlal.
3. məch. Qüvvətlə təzahür edən şey haqqında. [Dərviş:] Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı.. A.Divanbəyoğlu.
II. is. Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi. – [Usta Zeynal:] Afərin şairə! – deyib, qozun ləpəsindən birini ağzına qoyardı. Ə.Haqverdiyev. [Kərəmov:] Sözümü fındıq kimi sındırıb içindən ləpə çıxartmayın. S.Rəhman.
III. is. bot. Bitkilərdə: rüşeym yarpaqlar.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ləpə
I. dalga
{dalga}
II. iç (qoz, fındıq)
{iç (sert kabuklu meyve, fındık)}
III. dilim, fal
{dilim, parça}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ləpə
baklalı bitkilerin içi, dalga, izdiham, kıvrım