cığcığa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cığcığa
I. is. etnoq.
1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi. Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli. // Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. M.S.Ordubadi.
2. Cığcığa kimi şax şey haqqında. [Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Ə.Haqverdiyev.
II. is. bot. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot.