lənət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
lənət
[ər.]
1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). • Lənət damğası basmaq – lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) – nifrin etmək, qarğımaq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana. B.Vahabzadə. ‣ Lənət sənə, kor şeytan!, lənət şeytana! – arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana! Ü.Hacıbəyov. Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə .. “lənət şeytana!” deyib başından çıxardırdı. S.M.Qənizadə. Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” – dedi. Ə.Vəliyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
lənət
beddua, lanet