kəsər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kəsər
is.
1. Hər hansı bir kəsici alət. Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər. S.Vurğun. // Soyuq silah. Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah. M.Dilbazi.
2. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda kəsər qalmayıb. – Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladları öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov.
3. məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün kəsəri yoxdur. – Ala gözlərində kəsər qalmadı; O şaqraq səsindən əsər qalmadı. Ə.Cavad. [Tərxan:] Hanı onlarda o kəsər, o hünər? Yüzünü bir əliağaclı yenər. A.Şaiq.
4. Kəsərlə şəklində zərf – qətiyyətlə. Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi.. Mir Cəlal. ‣ Kəsərdən düşmək – 1) kütləşmək, korşalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək lazımdır; 2) məc. təsirini itirmək, gücdən (təsirdən) düşmək, təsiri olmamaq, öz kəskinliyini itirmək. Sözü kəsərdən düşüb.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kəsər
I. alət, bıçaq
{alet, bıçak}
II. itilik
{keskin}