kəsə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kəsə
1. sif. Ən yaxın, ən qısa. Kəsə cığır. – [Qız] cəld taxçadan cunayı yaylığını götürüb özünü çölə saldı, kəsə yolla meşəyə doğru yüyürməyə başladı. Ə.Məmmədxanlı. Bir azdan zəmilər arası ilə salınmış tozlu kəsə yolda bir yük maşını göründü. Q.İlkin. Dağların başından aşdı piyada; Yolu kəsə getdi, yolu qısaltdı. B.Vahabzadə. • Kəsə gəlmək – kəsə (qısa) yolla gəlmək. Bu dağdan kəsə gəldi; Yolları kəsə gəldi; Sübhün səsi ucaldı; Ellər də səsə gəldi. (Mahnı).
2. zərf Qısa, müxtəsər, yığcam. Kəsə danışmaq. – [Hümmət:] Təbliğat yox, Yusif, sözümə kəsə cavab ver. B.Bayramov. • Kəsə eləmək – qısaltmaq, qısa eləmək, müxtəsər eləmək. [Şahmar] ona görə də söhbətini kəsə eləyib, ev sahiblərinin harada olduğunu soruşmaq istədi. B.Bayramov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kəsə
kestirme