kərə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kərə
I. is. Nehrədən yeni çıxmış, əridilməmiş yağ; şit yağ. Camış kərəsi. İnək kərəsi. – Mal mənimdir, belə yeyirəm; Əritmirəm, kərə yeyirəm. (Ata. sözü). Buyur zəhmət çək, atından düş yerə; Varımızdır qımız, çörək, bal, kərə. A.Səhhət. Qızxanım nənə süfrəyə kərə, qoyun qatığı və təzə pendir qoydu. İ.Əfəndiyev.
II. sif.
1. Qulaqları çox qısa, dımıq, kərçə (qoyun haqqında). Bu anda [Səmədin] gözü başqa bir kəndlinin sağdığı kərə qoyuna sataşdı. M.Hüseyn.
2. kin. Başı qırxılmış (adam haqqında). Kərə oğlan.
III. zərf [ər.] Dəfə. İki kərə iki elər dörd. Adama neçə kərə deyərlər. İki kərə getmək. Bir kərə görmək. – Adam adamı bir kərə aldadar. (Ata. sözü). [Müəllim:] Mən sizə bir kərə də demişdim ki, bizim yollarımız başqabaşqadır. S.Hüseyn. • Bir kərə – heç. Görmədik dünyada bir kərə ağ gün; Ciyərimiz yara, sinəmiz dügün! H.K.Sanılı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kərə
kere, kez