kərpic
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kərpic
is. Düzbucaq şəklində qəliblənmiş (bişmiş və ya çiy) gildən hazırlanan tikinti materialı. Kərpic istehsalı. Kərpic kəsmək. Çiy kərpic. Bişmiş kərpic. Qırmızı kərpic. – Bu qala bizim olaydı; Kərpici qızıl olaydı; Yara qonaq gedəndə; Gecələr uzun olaydı. (Bayatı). [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. // Kərpicdən tikilmiş, kərpic döşənmiş. Kərpic ev. Kərpic döşəmə. Kərpic divar. – İmran kişi atını ağaca bağlayıb, kərpic cığırla kolxoz idarəsinə yanaşdı. M.Hüseyn. // dan. Kərpic şəklində olan, kərpicə oxşayan. Kərpic çörək.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kərpic
kerpiç, tuğla