kürək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kürək
I. is.
1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi. Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq. – [At] Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə. ..Ağsaqqal həkim yuxarıdan əlini Əlisanın kürəyinə vurdu. S.Rəhimov.
2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin kürəyinə astar tikmək. Paltarın kürəyi dağılmışdır. ‣ Kürək cəzası köhn. – bax. katorqa. Kürək çevirmək – dal çevirmək, üz döndərmək. Atasını kürəyinə (dalına) sarımaq (yükləmək) – bax. atasını dalına sarımaq (“ata”da). Kürək-kürəyə vermək – birbirinə arxalanmaq, kömək etmək, əl-ələ vermək. Məsciddəki camaat soyuqdan titrəşirdi.. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar. İ.Şıxlı. Kürəyi yerə gəlmək – basılmaq, məğlub olmaq. [Kərəmzadə:] Sənin qohumuna bel bağlayanın bərkə düşən kimi, kürəyi yerə gələr, Nisə! B.Bayramov. Kürəyindən çıxartmaq – əvəz almaq, acığını çıxmaq. Kürəyini yerə vurmaq (qoymaq) – 1) basmaq, məğlub etmək; 2) taqətsiz yıxılmaq, bihuş düşmək, düşüb qalmaq. Uca bir dağ ətəyində; İnsan birdən ürəyində; Amansız bir ağrı duydu; Kürəyini yerə qoydu. M.Dilbazi. Kürəyini... söykəmək – arxayın olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.
II. is.
1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Kürəklə qar atmaq. Samanı kürəklə yığmaq. – Həyətin sol tərəfində Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. İndi bəyin əli xəncər dəstəsindən deyil, süpürgə və kürək dəstəsindən yapışmış, bazar süpürürdü. H.Nəzərli.
2. bax. avar1. Kürək çəkmək. – Dürrə .. kürəkləri tez-tez tərpədərək sürətlə irəliləməyə başladı. S.Vəliyev. ‣ Kürəklə ağzına vurmaq – bax. ağzından vurmaq (“ağız”da).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kürək
bel
{bel}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kürək
art, bel, kürek, sırt