kükrəmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kükrəmək
f. Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq. Xüsusən bacısı Xədicə Hacının üstünə kükrəyərək: – Necə, peyğəmbəri, bu nə sözdür? A.Şaiq. [Bəhlul:] Burda mənim günahım nədir, üstümə bu cür kükrəyirsən? M.Hüseynov. // məc. mənada. Həddindən artıq qalxmaq, yüksəlmək, qabarmaq. Qocaman dalğalar hücum edərək; Çıldırıb hıçqırırdı kükrəyərək. H.Cavid. Gənc bir arslan kimi kükrəyən Aras; Vermiş ətrafına dərin bir həras. M.Müşfiq. Külək harın bir at kimi kükrəyib vıyıldayır və ananın qəlbini üzürdü. Q.İlkin.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kükrəmək
I. köpükləşmək, qalxmaq
{köpürmek, sinirlenmek}
II. əsəbiləşmək, coşmaq, qızışmaq
{sinirlenmek, coşmak, kızışmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kükrəmək
kükremek