turklehceleri.org

kübar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kübar

[ər.] sif. və is.
1. Əsilzadə, aristokrat. Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. M.S.Ordubadi. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast gəlmək mümkün idi.. M.İbrahimov. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. B.Vahabzadə.
2. köhn. İncə zövqlü, incə təbiətli və davranışlı adam haqqında.
3. Özünü kütlədən ayıran, başqalarına xor baxan: təkəbbürlü, mütəkəbbir adam haqqında.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kübar

I. ad-san, nəciblik, əsillik
{itibar, soyluluk, asillik}

II. əsilzadə, aristokrat
{asilzade, aristokrat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kübar

kibar


Son arananlar: