turklehceleri.org

körpü

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

körpü

I. is.
1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək. – Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi. • Asma körpü – bax. asma.
2. Dəniz, çay, göl sahilində gəmilərin yan alması, habelə onların hərəkətini təmin etmək üçün müvafiq tikililəri olan yer. Körpüdə gəmiyə minmək. Yükü körpüyə boşaltmaq. – Bir qədər yol gedəndən sonra yelkənli qayıq bir körpünün qabağında dayandı. M.S.Ordubadi. Cəmil Tahiri gəzinti qayıqları dayanan körpüyə sarı çəkdi. M.Hüseyn.
3. Tikinti və təmir işlərində ustanın və b.-nın dayanması üçün taxta, şalban və s.-dən düzəldilən qurğu. Körpü düzəltmək. Körpünün yerini dəyişmək.
4. idm. Güləşmədə və akrobatikada, dabanları və başı yerə dirəyərək, döşün yuxarıya doğru qalxmış vəziyyəti. Körpü durmaq.
5. tex. Avtomobil və ya traktor şassisinin (çərçivəsinin) oxlar üstündə olan və təkərlərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü.
6. xüs. Bir neçə süni dişi birləşdirən lövhəcik.
7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mənasında. ‣ Qıl körpü – 1) dini əfsanələrə görə, adamların günahkar və ya günahsız olduğunu müəyyənləşdirmək üçün guya qiyamət günü onların üzərindən keçəcəyi qıl kimi nazik körpü. Qiyamət var, qıl körpü var, qazan var; Rövşən yollarını tar eyləməynən. Aşıq Ələsgər. [Fərrux Qurbana:] Cənnət, cəhənnəm, ərəsati-məhşər, qıl körpü haqqında hər axşam hədis söylə. Ə.Vəliyev; 2) məc. çətin sınaq mənasında. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyünürdü. Amma, çifayda oraya getmək mümkün deyildi, arada qıl körpü durmuşdu. Çəmənzəminli.

II. is. Bel qayışının ucunu keçirmək üçün, onun üstündə olan halqa.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

körpü

köprü


Son arananlar: