korluq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
korluq
I. is.
1. Kor adamın halı, gözü görməmə. [Salman:] O mənim atamın korluğuna sataşdı. Ə.Haqverdiyev. [Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət hesab edirdilər. S.Hüseyn. [Zeynal] korluğa qismən adət etmişdisə də, yenə çox əziyyət çəkirdi. B.Bayramov.
2. məc. Ətrafında baş verən hadisələri görməyi və ona qiymət verməyi bacarmama; bəsirətsizlik, uzaqgörməzlik, qəflət. Siyasi korluq. ‣ Rəng korluğu – bax. daltonizm.
II. is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət. [Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov. [Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal. • Korluq vermək – 1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək; 2) sıxıntı vermək, lazımi qaydada baxmamaq. [Gülsənəm:] Yox, oğul, insafən biz mal-qaraya korluq vermədik. M.Hüseyn. [Bərbərzadə:] Mən isə, tərsinə, özümə korluq verən deyiləm. S.Rəhman. Uşaq olma, yeməyinə korluq versən zəif düşərsən... Mir Cəlal. Korluq etmək dan. – müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək. Korluq çəkmək – ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək. – [Hacı Osman:] Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki. N.Vəzirov. [Hacı Əhməd Almaza:] Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz. C.Cabbarlı. [Müvəkkil Firəngizə:] Görünür yamanca korluq çəkmisiniz. B.Bayramov. Korluğunu çəkmək – birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək. [Qurban:] Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki. Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
korluq
ehtiyac
{ihtiyaç}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
korluq
körlük
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
korluq
f.u. 1. Körlük 2. Uzağı görmezlik.