turklehceleri.org

kiçilmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kiçilmək

f.
1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq. ..Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə. // Getdikcə kiçik görünmək, balacalaşmaq. Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı. S.Hüseyn. Çox keçmədi [Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi. Mir Cəlal. Gedir, gedir, nəhayət; Kiçilir bir xal kimi. M.Rahim.
2. məc. Vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək. [Xacə Nizam:] Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!.. H.Cavid.
3. məc. Yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq. O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür.. H.Nəzərli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

kiçilmək

I. balacalanmaq
{küçülmek}

II. alçalmaq
{alçalmak}

III. gödəlmək, qısalamaq
{alçalmak, kısalmak}

IV. cılızlaşmaq
{cılızlaşmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kiçilmək

küçülmek


Son arananlar: