turklehceleri.org

keçə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

keçə

1. is. Yunu döyüb basmaqla hazırlanan sıx qalın material. Keçə parçası. Alaçıq keçəsi. [Dərviş:] Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı. A.Divanbəyoğlu. Göyçək bacı sevincək halda eyvana naxışlı bir keçə saldı. Ə.Vəliyev. Keçə atmaq (basmaq) – yundan keçə hazırlamaq. Gərək yadındadır, rəhmətlik dədən; Bükülmüşdü beli keçə atmaqdan. S.Vurğun. // Bu cür materialdan tikilmiş, hazırlanmış. Keçə papaq. Keçə alaçıq. – Nabat xanım gecə paltarına bürünmüşdü, .. ayağında nazik və səssiz bir keçə başmağı vardı. M.S.Ordubadi.
2. məc. sif. mənasında. Daranmamış, yapıxmış, bir-birinin içinə girmiş (saç haqqında). Keçə saç.


Son arananlar: